Cümə , Avqust 28 2026
azfa

Türkiyə XİN Kiprin cənubunda icazəsiz fəaliyyətlərlə bağlı xəbərdarlıq edib

GADTB: Türkiyənin Xarici İşlər Nazirliyi Norveç bayraqlı “Ramform Hyperion” gəmisinin Kiprin cənubunda icazəsiz fəaliyyətinə etiraz edib.

Nazirlik bəyan edib ki, Kipr türk xalqı adanın ətrafındakı dəniz ərazilərində rumlarla bərabər hüquqlara malikdir və yalnız rum icmasını təmsil edən Cənubi Kipr Rum İdarəsinin onların adından birtərəfli addım atmaq səlahiyyəti yoxdur.

Ankara həmçinin Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyinin mövqeyini dəstəklədiyini bildirib və üçüncü tərəfləri Cənubi Kipr Rum İdarəsinə dəstək vermək əvəzinə dialoq və əməkdaşlığa çağırıb.

Qeyd edək ki, “Ramform Hyperion” gəmisinin Şimali Kipr Türk Respublikasının razılığı olmadan Kiprin cənubundakı kontinental şelfdə seysmik-kəşfiyyat işi apardığı bildirilir.

Həmçinin yoxlayın

Tramp: Hörmüz boğazı açıqdır; İran yenidən ABŞ-ın hücumuna məruz qalmaq istəmir

GADTB: ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açıq olduğunu bildirib və İran rejiminin Vaşinqtonla qarşıdurmanı …

Bessent: İran rejiminin tərəfdarları dollara və qlobal maliyyə sisteminə çıxış əldə etməməlidirlər

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent ABŞ Maliyyə Nazirliyinin Birləşmiş Ərəb Əmirliklərindəki Misir Bankının filialına …