
GADTB: İranda radikal mühafizəkar “Cebhe-ye-Paydari” partiyasının Parlamentdəki deputatı Kamran Qəzənfəri yenə həyasızcasına Azərbaycana qarşı əsassız iddialar irəli sürüb.
O, deyib: “İranla Azərbaycan arasında sərhədin sıfır nöqtəsində Qız Qalası bəndinin açılışının iki ölkənin misal üçün nazirləri səviyəsində baş tutacağı qərara alınmışdı.
Amma cənab İlham Əliyev təkid edir ki, cənab şəhid Rəisi şəxsən iştirak etməlidir və onun təkidi ilə şəhid Rəisi səfər dəvətini qəbul edir və ora gedir.
Anti-Azərbaycan millət vəkili deyir: “Qeyd edim ki, bu hadisədən bir neçə gün əvvəl cənab İlham Əliyevin israilli ravvinlə görüşü olub.
Mən onu da qeyd etdim ki, İslam Respublikası rəsmillərinin əldə etdiyi sənədə əsasən, mayın əvvəlində özəl görüşdə Amerika rəsmisi bəyan edib ki, İsrail İslam Respublikasının yüksək rütbəli və mühüm məmurunu öldürməyi planlaşdırır.
İran kəşfiyyat qüvvələri tərəfindən ələ keçirilən digər bir sənəd isə 🇺🇸ABŞ Müdafiə Nazirliyinə, Pentaqona aid olan və helikopter qəzasına işarə edən və bunun 🇮🇱 İsrail tərəfindən İngiltərə və Bakı rejimi ilə əməkdaşlıqda planlaşdırıldığı bildirilən sənəddir.
Bunlar, Netanyahunun kabinet naziri Ben-Qvirin “Müqavimət Cəbhəsi”nin ən mühüm dəstəkçisi olan İran molla prezidentini aradan götürdüyünü açıq şəkildə söylədiyini bildirən tvit ilə birlikdə bunu ifadə edən sənədlərdir.
Yəni o, açıq şəkildə deyir ki, “bu bizim işimizdir” və Mossad-a bağlı olan “Terror Alarm” hesabında da Rəisinin ölümündən bir müddət sonra onun şəklini, qətlə yetirdikləri digər insanların fotoları ilə yanaşı yayımlayıb, yəni “bu da bizim işimizdir”.
Bunlar müxtəlif dəlil və sənədlərdir ki, helikopterin qəzaya uğramasının “sionist rejim” tərəfindən, bu müxtəlif şəxslərin və iştirak edən ölkələrin əməkdaşlığı ilə layihələndirilməsinə dəlalət edir”./ Azad İran
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi