Cümə axşamı , Sentyabr 17 2026
azfa

Təbrizdə molla rejimin həbsdə saxladığı azərbaycanlı məhbuslara dəstək aksiyası keçirilib

GADTB: Təbrizə Güney Azərbaycan Milli Hərəkatının fəalları molla rejimin Evin zindanında həbsdə saxladığı azərbaycanlı siyasi məhbuslara dəstək məqsədi ilə şəhərin müxtəlif yerlərinə etiraz vərəqələri yapışdırıblar.

Azərbaycanlı siyasi məhbusların bəzilərinin şəkli olan etiraz vərəqələrində aşağıdakı şüarlar yazılıb:

– “Azərbaycanın siyasi məhbuslarına azadlıq!”;

– “Azərbaycanın siyasi fəallarının səsi olaq!”;

– “Məhbusların həyatı təhlükədədir!”.

Qeyd edək ki, bu dəstəyin məqsədi, son günlər aclıq aksiyası keçirən Tahir Nəqəvi və Vədud Əsədiyə qarşı keçirilən ədalətsiz məhkəmə prosesinə etiraz etmək və onların haqlı tələblərinin yerinə yetirilməsidir.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …