
GADTB: Bu gün Avstraliyanın Sidney şəhərində Hanuka bayramı zamanı baş vermiş amansız terror aktı nəticəsində həyatını itirənllərin anım mərasimi keçirilib.
Avstraliya Azərbaycan Assosiasiyası (AAA)-nın nümayəndəsi sayın Mikayil bəy Oyta, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azarsun, Qalipoli Yaşlılar Evinin müdiri Dr.Abdulrehman, Kuzey Kipr Türk Cümhuriyyətinin NSW İyalət Assosiyasının prezidenti Müge xanım və Türk Assosiyasının prezidenti Mehmet Evin hadisə yerinə gedərək başsağlığı vermiş və terror aktına qarşı nifrətlərini ifadə etmişlər.
Qonaqlar vurğulamışlar ki, bu ölkədə bir-birimizdən fərqli millətlərə mənsub olsaq da, belə cinayətləri törədənləri ayırmaq mümkün deyil və insan həyatının qorunması hər birimizin prioritetidir.
Qeyd edək ki, Hanuka bayramı zamanı Sidney şəhərində baş vermiş amansız terror aktı nəticəsində 15 nəfər həyatını itirmiş, onlarla insan yaralanaraq xəstəxanalarda müalicə olunmuşdur.



GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi