Çərşənbə , Noyabr 11 2026
azfa

SEPAH-ın Urmiyada siyasi məhbusları saxladığı gizli mərkəzlər üzə çıxdı

GADTB: Güney Azərbaycanın Urmiya şəhərində SEPAH-a bağlı dörd gizli və yüksək təhlükəsizlikli saxlama mərkəzi ifşa olunub. Bununla bağlı, “Edama Yox” Kampaniyasının “Telegram” kanalı məlumat yayıb.

Bildirilib ki, Urmiya şəhərindəki iki hərbi kazarma daxilində fəaliyyət göstərən bu mərkəzlər hüquqi nəzarət və məhkəmə şəffaflığı olmadan fəaliyyət göstərir. Onların arasında:

• Əl-Mehdi kazarması: “81 Ramazan” və “9 Dey” mərkəzləri

• Məlik Əştər kazarması: “7 Tir” və “Xeybər” mərkəzləri

Bu mərkəzlər əsasən vətəndaşlar və siyasi məhbusların saxlandığı yerlər kimi fəaliyyət göstərir. Həmin mərkəzlərdə tutulan şəxslərin basqı və işgəncə altında dindirildiyi vurğulanıb.

Həmçinin yoxlayın

Keçmiş hakimdən etiraf: Məndən Traktorun əleyhinə fit çalmağı tələb etdilər

GADTB: İran futbolunun Premyer Liqasının keçmiş hakimi Əli Səfayi etiraf edib ki, Hakimlər Komitəsinin üzvləri …

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …