Azərbaycan milli hərəkatının fəalı Nadir Sultani saxlanılıb

GADTB: Azərbaycan milli hərəkatının fəalı Nadir Sultani 8 Dey 1404-cü il tarixində səhər saatlarında Təbriz şəhərində molla rejimin qüvvələri tərəfindən saxlanılıb. Onun saxlanılma səbəbləri və hansı məkana aparıldığı barədə hələlik heç bir rəsmi məlumat açıqlanmayıb.

“Abbas Lisaninin Məlumat Səhifəsi”nin yaydığı xəbərə əsasən, son günlər və aylarda azərbaycanlı fəallara qarşı təzyiqlər artıb, çağırışlar, həbslər və ağır məhkəmə hökmlərinin sayı xeyli çoxalıb. Bu proses Azərbaycan fəallarına qarşı aparılan təzyiqlərin daha da intensivləşdiyini göstərir.

Həmçinin yoxlayın

İranın neft depolama tutumu dolmaq üzrədir

GADTB: Tehran üzən anbarlara üz tutub və neft tankerlərini anbara çevirib. Yaxın günlərdə neft hasilatının …

Azərbaycanlı fəal Əyyub Şirinin qeyri-müəyyən vəziyyətdə saxlanılması davam edir

GADTB: Azərbaycanlı mədəni fəal Əyyub Şiri 11 fərvərdin 1405-ci il tarixindən etibarən saxlanılıb və hələ …