Bazar ertəsi , Sentyabr 28 2026
azfa

Güney Azərbaycanın Marağa şəhərində “Elin” dərgisinin fəaliyyəti rejim tərəfindən dayandırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda Marağa Universitetinin Azərbaycanşünaslıq Ocağının türk və fars dillərində nəşr olunan “Elin” dərgisinin fəaliyyəti bir il müddətinə dayandırılıb.

Dərginin Marağa Universiteti Nəşriyyələrinə Nəzarət Komitəsinin qərarı əsasında fəaliyyətini müvəqqəti olaraq dayandırıldığı söylənilir.

Nəzarət Komitəsi dərginin 13 və 14-cü saylarında yayılan materialların araşdırılması ilə bağlı iclas keçirdikdən sonra dərginin fəaliyyətinin dayandırılmasına qərar verib.

Qeyd edək ki, dərginin qış aylarında nəşr olunan 14-cü sayda Beynəlxalq Qadınlar Günü, Ana Dili Günü və s. kimi mövzularla bağlı məqalələr dərc olunmuşdur.

Dərginin bundan öncə bir il də fəaliyyəti dondurulmuşdu.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Türk Akademisiyənlər Birliyinin beynəlxalq konfransında çıxış edib

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Qəşqayların Dərəşuri atı Türk dünyasında tanıdılır

GADTB: Qəşqay tədqiqatçısı Qazaxıstan Milli Elmlər Akademiyasının Almatıda keçirilən beynəlxalq konfransında iştirak edib. Qəşqayların adı …

Bir cavab yazın