Çərşənbə , Oktyabr 28 2026
azfa

Şərqi Azərbaycan və Ərdəbildən sonra Qərbi Azərbaycandan Babək qalasına çağırış- Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şərqi Azərbaycan və Ərdəbil vilayətinin şəhərlərindən sonra Qərbi Azərbaycan vilayətinin şəhərləri, o cümlədən Urmiya və Xoy şəhərlərinin milli-mədəni fəalları Babək qalası mərasimində iştirak üçün Azərbaycan türk millətinə çağırış etdilər.

Bu məqsədlər Urmiya və Xoy şəhərlərinin fəalları geniş şəkildə divarlara şüarlar yazıb və azərbaycanlıları iyul ayının 5 və 6-da Babək qalası mərasimində iştiraka çağırdılar.

Azərbaycanlı fəallar həmçinin illik Babək qalası qurultayı mərasiminə çağırış məqsədilə posterlər hazırlayıb, sosial şəbəkələr və saytlarda yaydılar. Onlar da Azərbaycan türk millətini iyul ayının 5 və 6-da Babək qalası mərasimində iştiraka çağırdılar.

 

Həmçinin yoxlayın

Əmirhüseyn Ağayi Təbrizdə iş yerinə Kəşfiyyat Nazirliyinin əməkdaşlarının basqınından sonra həbs edilib

GADTB: Azərbaycanlı fəal Əmirhüseyn Ağayi çərşənbə axşamı, 5 aban tarixində İran İslam Respublikası Kəşfiyyat Nazirliyinin …

Molla rejimi türklərə qarşı irqçi təhqirə yol verənləri dəstəklədi

GADTB: İrqçi fars-molla rejimin Futbol Federasiyasının İntizam Komitəsi Premyer Liqanın 9-cu turunda keçirilməyən “Malavan” – …

Bir cavab yazın