Əlirza Fərşi Mərənddə cəza icrasına cavabdeh quruma məktub yazaraq, məzuniyyətin verilməməsinə etiraz edib

GADTB: Mərənd həbsxanasında saxlanılan Azərbaycan milli hərəkatının fəalı Əlirza Fərşi 9 Dey 1404-cü il tarixində Mərənd rayonunun Cinayət Prokurorluğunun 1-ci şöbəsinin icra-i hökmlər rəisinə ünvanladığı məktubda ona məzuniyyət verilməməsinə etiraz edib.

Fərşinin yaxınları daha öncə də bildirmişdilər ki, dəfələrlə müraciət edilməsinə baxmayaraq, o, qanunsuz şəkildə məzuniyyətdən məhrum edilir. Onların sözlərinə görə, həbsxanalara nəzarət edən prokuror müavininin 8 azər  tarixində Mərənd həbsxanasına səfəri zamanı bu məsələ birbaşa qaldırılıb.

Əlirza Fərşinin öz açıqlamasına görə, Rəsul Aşuri – həbsxanalara nəzarət edən prokuror müavini və Mərənd icra-i hökmlər şöbəsinin rəhbəri – ona açıq şəkildə bildirib:

“Kəşfiyyat Nazirliyinin əməkdaşları bizdən sizin məzuniyyət tələbinizə qarşı çıxmağımızı istəyiblər. Səbəb isə sizin son Instagram paylaşımınızdır. Həmin paylaşımda həbsxananın vəziyyəti ilə bağlı verdiyiniz məlumatlar beynəlxalq insan haqları qurumlarının həbsxanaların durumuna diqqət yetirməsinə səbəb olub.”

Bu açıqlamalar təhlükəsizlik və kəşfiyyat qurumlarının mülki fəalların işlərinə açıq müdaxiləsini və məhkəmə sisteminin müstəqil olmamasını bir daha ortaya qoyur. Bu cür müdaxilələr indiyədək dəfələrlə ədalətsiz hökmlərə, eləcə də siyasi və mülki fəalların həbsdə olan zaman ən adi qanuni hüquqlardan məhrum edilməsinə yol açıb.

Qeyd edək ki, Əlirza Fərşi 29 mordad 1404-cü il tarixində Mərənd rayon məhkəməsinə müraciət etdikdən sonra polis tərəfindən saxlanılıb və 8 aylıq həbs cəzasını çəkmək üçün Mərənd mərkəzi həbsxanasına köçürülüb. Onun barəsindəki 8 aylıq həbs hökmü Tehran İnqilab Məhkəməsinin 23-cü şöbəsi tərəfindən çıxarılıb və Tehran Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi tərəfindən heç bir məhkəmə iclası keçirilmədən olduğu kimi təsdiqlənib.

Əlirza Fərşi bundan əvvəl dəfələrlə Tehran Bəharistan prokurorluğunda aparılan məhkəmə prosesinin qanunsuzluğuna etiraz etmişdi. Çünki onun daimi yaşayış yeri Mərənd şəhəridir və işə qanuna əsasən yaşayış yeri üzrə məhkəmə baxmalı idi.

Həmçinin yoxlayın

Tramp: İran danışmaq istəsə, sadəcə zəng etməlidir

GADTB: Onların rəhbərliyi daxilində böyük daxili çəkişmələr və qarışıqlıq var. Onlar da daxil olmaqla, heç …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …