Cümə axşamı , Sentyabr 17 2026
azfa

Təbrizdə güclü partlayış səsi: SEPAH qərargahına hava hücumu ehtimalı

GADTB: Şahidlərin verdiyi məlumata görə, Təbrizin Saib bölgəsində yerləşən SEPAH-a bağlı bir qərargahın ehtimal ki, hava hücumuna məruz qaldığı bildirilir. Şahidlər həmin ərazidə ətrafı silkələyən son dərəcə güclü partlayış səsinin eşidildiyini deyirlər.

Eyni zamanda digər kütləvi informasiya vasitələrində yayılan məlumatlara əsasən, Təbriz hava bazasının kənarında da çox güclü bir partlayış baş verib. Partlayışın səsi şəhərin müxtəlif hissələrində sakinlər tərəfindən eşidilib.

Hadisə ilə bağlı hələlik partlayışın dəqiq yeri, başvermə səbəbi, eləcə də mümkün itkilər və dağıntılar barədə rəsmi və dəqiq məlumat yoxdur. Məsələ ilə əlaqədar səlahiyyətli qurumlar ənənəvi olaraq hər hansı açıqlama verməyiblər.

Bununla yanaşı, Ukraynaya məxsus bir sosial media hesabında da Təbrizdə SEPAH-a aid bir bazada partlayışın baş verdiyi iddia olunub.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …