Çərşənbə , Noyabr 25 2026
azfa

Azərbaycanlı milli fəal Əli Babayi sui-qəsddən sağ çıxdıqdan sonra saxlanılıb

GADTB: Sxərbaycanlı milli fəal Əli Babayi təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Onun saxlanılmasının dəqiq vaxtı məlum deyil, lakin yaxın mənbələr bu hadisənin ötən həftənin cümə axşamı və ya cümə günü baş verdiyini ehtimal edirlər.

Əli Babayi bundan əvvəl sui-qəsd cəhdinin hədəfi olmuşdu. O, Təbrizdən Qoşaçaya gedən yolda fiziki olaraq aradan götürülməsinə cəhd edilən hücuma məruz qalmışdı. Göytəpə kəndi yaxınlığında iki minik avtomobili qəsdən bir neçə yol-nəqliyyat hadisəsi törədərək Babayinin avtomobilini dərəyə salmağa çalışmış, hücum edənlərdən biri isə atəş açmışdı. Sui-qəsd uğursuz olmuş, Babayi sağ qalmışdı.

Azərbaycan milli hərəkatının bu fəalı daha əvvəl 13 digər fəalla birlikdə ümumilikdə 89 ildən artıq həbs cəzasına məhkum edilmişdi. Məhkəmə hökmlərinə əsasən, Əli Babayi “demokratlar” adlandırılan qrupda üzvlük ittihamı ilə 2 il 9 ay, İran İslam Respublikasının təhlükəsizliyinə qarşı əlbir olmaq ittihamı ilə isə 3 il 7 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Həmçinin yoxlayın

İraqdan İrana neft qaçaqmalçılığı şəbəkəsi ifşa edildi: neft gəlirləri Tehrana bağlı qrupların silahlandırılmasına yönəldilir

GADTB: “Əl-Ərəbiyyə”nin mənbələri İraq neftinin qaçaqmalçılığı ilə bağlı araşdırmaların genişləndirildiyini bildirərək, İran İslam Respublikasına yaxın …

Tikantəpənin (Tikab) Zərəşuran qızıl mədəninin dövlət borcları müqabilində Şəstaya verilməsi narahatlıq doğurur

GADTB: Tikantəpənin Zərəşuran qızıl mədəninin və emal zavodunun dövlət borclarının bir hissəsinin əvəzi olaraq Sosial …