Cümə axşamı , Sentyabr 17 2026
azfa

Molla rejimi həbs etdiyi Atilla Feyziullahini narkomanlar bölməsinə köçürüb

GADTB: Tanınmış azərbaycanlı fəal və ziyalı doktor Feyziullahi Vahidin oğlu Atilla Feyziullahi ötən şənbə günü molla rejimin qüvvələri tərəfindən saxlanılaraq həbs edilib.

Məlumata əsasən, gənc fəal saxlanıldıqdan sonra həbsxananın narkotik asılılığı olan məhbusların saxlanıldığı bölməyə köçürülüb. Siyasi fəalların qeyri-siyasi və təhlükəli bölmələrdə saxlanılması insan hüquqları normalarına zidd addım kimi qiymətləndirilir.

Bildirilir ki, bu vəziyyət Atilla Feyziullahi can təhlükəsizliyi və sağlamlığı ilə bağlı ciddi narahatlıqlar yaradıb.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …