Bazar ertəsi , Noyabr 2 2026
azfa

Astara şəhərində azərbaycanlı reper Əmirmehdi Rəcəbi saxlanılıb

GADTB: Astara şəhərindən olan, “Bengard” səhnə adı ilə tanınan gənc azərbaycanlı reper və sənətçi Əmirmehdi Rəcəbi 1404-cü ilin 30 dey tarixində Astara Kəşfiyyat (ETTELAAT) İdarəsinə telefonla çağırıldıqdan sonra saxlanılıb.

Bu sənətçiyə yaxın məlumatlı mənbələrin bildirdiyinə görə, Əmirmehdi Rəcəbi saxlanma müddətində ciddi fiziki və psixoloji təzyiqlərə məruz qalıb. Təhlükəsizlik əməkdaşları onu 17, 18 və 19 dey tarixlərində baş verən etirazlarla bağlı “bank yandırmaq”, “Molotov kokteyli hazırlamaq” və “məmurlarla fiziki qarşıdurma” kimi ittihamları etiraf etməyə məcbur etmək üçün zorakılıq tətbiq ediblər.

Məlumata görə, dindirilmə zamanı o, döyülüb, ağır hədələrlə üzləşib, aclıq və psixoloji təzyiq vasitəsilə özünə və dostlarına qarşı etirafa məcbur edilib. İranWire-a danışan məlumatlı şəxs bildirib ki, Əmirmehdi Rəcəbi hələ də ağır psixoloji vəziyyətdədir və normal həyata, gündəlik işinə qayıtmaqda çətinlik çəkir.

Qeyd olunur ki, Əmirmehdi Rəcəbi tikinti işçisi olmaqla yanaşı, rep musiqisi sahəsində bəstəkarlıq və ifaçılıqla məşğuldur. O, daha əvvəl də 1402-ci ildə “İstiqlal” futbol klubunun forması ilə video paylaşdıqdan sonra saxlanılmış, sonradan Hərbi Prokurorluq tərəfindən üç ay əlavə hərbi xidmət və 27 milyon tümən məbləğində cərimə ilə cəzalandırılmışdı.

Bu xəbərə əsasən, Əmirmehdi Rəcəbli əvvəllər də İttilaat idarəsinin təcridxanasından müvəqqəti öhdəliklə azad edilmişdi.

Həmçinin yoxlayın

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı səfirliyinə imzaladıqları açıq məktubu təqdim ediblər

GADTB: Azərbaycanın bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da …

Aksios: Netanyahu ABŞ-dakı seçkilərdən sonra İrana dərhal zərbə endirilməsini istəyir

GADTB: Amerikanın “Aksios” xəbər saytı Barak Ravidin müəllifi olduğu eksklüziv məqaləsində yazıb ki, ABŞ Prezidenti …