Bazar ertəsi , Noyabr 2 2026
azfa

Qəzvində onlarla etirazçı həbs edildi

GADTB: Fevralın 1-də Qəzvin əyalətində etiraz aksiyalarında iştirakda şübhəli bilinən daha 148 nəfər həbs edilib. Bu barədə əyalətin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Saxlanılanlardan 31 nəfərinin hökumətə müxalif qrupların üzvü olduğu bildirilib.

Onlar 11 hökumət məmurunun öldürülməsində, dövlət əmlakını dağıtmaqda, müqəddəs məkanları, o cümlədən məscidləri yandırmaqda günahlandırılıblar.

Həbs edilənlərin kimliyi və harada saxlanıldıqları barədə məlumat verilməyib.

Həmçinin yoxlayın

Molla rejimi Azərbaycan sərhədində ballistik raket buraxılış qurğuları yerləşdirib

GADTB: Yerli mənbələr İran İslam Respublikası rejiminin Azərbaycan Respublikası ilə sərhəddə hərbi yerdəyişmələrinin artdığını bildiriblər. …

Təbrizin 9-cu məntəqə bələdiyyəsinin qarşısında Xavəran sakinləri etiraz aksiyası keçirib – Video

GADTB: Xavəranın 2-ci fazasında yerləşən yaşayış mənzillərinin bir sıra sakinləri və mülkiyyətçiləri həllini tapmamış problemlərinə …