Cümə , Sentyabr 18 2026
azfa

‏“Traxtur” tərəfdarı Azərbaycana səsləndi

GADTB: Güney Azərbaycanın Traxtur komandasının tərəfdarı Güney Azərbaycanla bağlı Azərbaycan dövlətinə səsləndi

“Traktor” futbol klubuna aid olan Feysbuk səhifəsinin paylaşdığı çağırışda yazılıb:  Təbrizli biri kimi internet bağlantısının olmaması səbəbindən bunu yazmağın mənim üçün nə qədər çətin olduğunu təsəvvür edə bilməzsiniz! Burada vəziyyət çox pisdir. Hər yer bombalanır. Rejim istənilən an çökə bilər və Cənub müdafiəsizdir. Daha da müdafiəsiz hala gələ bilər!

 “Cənubluların heç vaxt istəməyəcəyi biri rejimin yerini tuta bilər. Bunun başında türklərin düşməni olan Pəhləvi təşkilatı dayanır! Biz, Azərbaycan türkləri olaraq, bunu qətiyyətən qəbul etmirik və istəmirik!

Türkiyə və Şimali Azərbaycan… Rejimin tamamilə süqutu halında, bu ərazinin nəzarətinin faşistlərin əlinə keçməməsi üçün Cənubu tez bir zamanda qorumaq lazımdır!

Vaxt gəldi! Qardaşlarınızı bu çətin vəziyyətdə tək qoymayın”, – paylaşımda qeyd olunub.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …