
GADTB: Təbrizdə raket mühərrikləri üzrə kosmik tədqiqat mərkəzi hücuma məruz qalıb və tamamilə məhv edilib.
Yerli mənbələrdən daxil olan məlumatlara əsasən, bu mərkəz Təbrizin Mirdamad bölgəsində yerləşib və bəzi iddiaların əksinə olaraq, hədəf məscid və ya məktəb olmayıb.
Məlumatlara görə, hadisə yerinin yaxınlığında bir çörək sexi yerləşib və partlayışa yaxın olmasına baxmayaraq ciddi zərər görməyib. Həmçinin qarşı tərəfdə yerləşən bir əmlak ofisinin isə yayılan videolara əsasən yalnız jalüzü və şüşələri zədələnib.
Yerli mənbələr vurğulayıb ki, hücumun əsas hədəfi məhz raket mühərrikləri üzrə kosmik tədqiqat mərkəzi olub və bu obyektin tamamilə dağıdıldığı bildirilir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi