Çökməkdə olan rejimin xaricdə terror komandanı Süleymani ABŞ-a hədə-qorxu gəlir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin terrorçu SEPAH qüvvələrinin xaricdə terror həyata keçirən qanadının komandanı Qasım Süleymani neft sanksiyaları ilə bağlı ABŞ-a hədə-qorxu gəlməyə başlayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələri komandanı, terrorçu general Qasım Süleymani Həsən Ruhaniyə bununla bağlı məktubunda yazıb ki, ABŞ İranın neft hasilatının qarşısını alarsa, regionun digər ölkələrinin də neft hasilatı mümkün olmayacaq.

Ruhaniyə xitabən “Böyük qardaşım” müraciəti ilə başlayan məktubda terrorçu Süleymani prezidenti tərifləyib, onun İsveçrə səfərindən qürurla bəhs edib:

“Tanıdığımız Ruhaniyə yaraşan açıqlama idi. Bu bəyanatdan dolayı əlinizdən öpürəm. İranın milli mənafeyi üçün hər zaman əmrinizdəyəm”.

Qeyd edək ki, H.Ruhani İsveçrədə səfərdə olan zaman ABŞ-ın İranın neft hasilatını tamamilə dayandırmaq istədiyini bildirmiş və bunun mümkün olmayacağını vurğulamışdı. Onun bu səfərdə İsraili tanıya bilməsi barədə müzakirə də apardığı qeyd edilirdi.

Həmçinin yoxlayın

Tramp: İran danışmaq istəsə, sadəcə zəng etməlidir

GADTB: Onların rəhbərliyi daxilində böyük daxili çəkişmələr və qarışıqlıq var. Onlar da daxil olmaqla, heç …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …

Bir cavab yazın