Şənbə , Aprel 25 2026
azfa

Kürd qüvvələrinin iştirakı ilə quru əməliyyatı planı barədə məlumatların sızması ABŞ-ı bu plandan vaz keçməyə məcbur etdi

GADTB: İsrailin Kanal 12 telekanalı araşdırma xarakterli hesabatında kürd qüvvələrinin iştirakı ilə İran İslam Respublikasına qarşı planlaşdırılan quru əməliyyatının məlumatların sızması və ABŞ-ın regional müttəfiqlərinin təzyiqi nəticəsində dayandırıldığını açıqlayıb.

Bu media qurumunun yazdığına görə, ABŞ və İsrail müxtəlif qruplardan olan on minlərlə silahlı kürd qüvvəsini geniş hava dəstəyi ilə İran ərazisinə daxil etməyi planlaşdırırdı. Məqsəd “qorxu səddini” qırmaq, ölkə daxilində üsyan üçün zəmin yaratmaq və hakimiyyəti zəiflətmək idi.

Bundan əvvəl də İranın qərb bölgələrində Sepah və təhlükəsizlik qüvvələrinə məxsus mərkəzlərə qarşı ağır hücumlar planlaşdırılmışdı ki, bu qüvvələrin irəliləməsi üçün yol açılsın.

Hesabatda bildirilir ki, planın mediada vaxtından əvvəl ifşa olunması, İran İslam Respublikasının şimal-qərbdə müdafiə mövqelərini gücləndirməsi, Türkiyənin kürd qüvvələrinin hər hansı hərəkəti barədə xəbərdarlığı və bəzi ərəb ölkələrinin bölgədə sabitsizlikdən narahatlığı sürpriz amilini aradan qaldırıb.

Eyni zamanda, kürd qüvvələrinin özləri də Vaşinqtondan siyasi zəmanətlər tələb ediblər.

Hesabatda qeyd olunur ki, Mossad illərlə bu ssenari üzərində işləyib, lakin Donald Tramp sonda bunu “həddindən artıq təhlükəli” hesab edərək gündəmdən çıxarıb.

Həmçinin yoxlayın

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …

“New York Times” qəzeti Müctəba Xamenei ilə bağlı məlumat yaydı

GADTB: The New York Times nəşri İran rəsmilərinə istinadən Müctəba Xameneinin səhhəti ilə bağlı məlumat …