Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

Rubio: ABŞ İranın hərbi imkanlarını zəiflətmək yönündə sürətlə irəliləyir

GADTB: ABŞ dövlət katibi Marko Rubio deyir ki, ölkəsi İranın hərbi imkanlarını zəiflətmək yönündə sürətlə irəliləyir, məqsədlərinə aylar deyil, bir neçə həftəyə çatacağını gözləyir.

Rubio “ABC News” və “Əl-Cəzirə” telekanallarına iki ayrı müsahibəsində ABŞ prezidenti Donald Trampın diplomatiyaya üstünlük verdiyini vurğulayıb.

“Onların müdafiə sənayesi bazasını, yəni gələcəkdə yeni raketlər və dronlar istehsal etmək potensialını məhv edəcəyik. Bu, regiona böyük təhdid yaradırdı. İndi gördüyünüz İran ən zəif nöqtəsinə çatıb”, – Rubio martın 30-da “ABC News”a deyib.

O, sürətlə irəli getdiklərini və qrafiki qabaqladıqlarını bildirib. “ABŞ bunlara bir neçə aya deyil, bir neçə həftəyə nail olacaq”, – deyə əlavə edib.

“Fikrimcə, prezidentin qeyd etdiyi ilk məqam diplomatiyaya üstünlük verməsidir. Bu səylər yenidir. Qarşılıqlı mesajlar ötürülür, vasitəçilər daxil olmaqla bəzi söhbətlər aparılır”, – Rubio söyləyib.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …