Cümə , Sentyabr 18 2026
azfa

Molla rejimi 100-dən çox rejim əleyhdarının əmlakını müsadirə edib

GADTB: Molla rejimin məhkəmə sistemi rejim əleyhdarlarının- 100-dən çox tanınmış şəxsin əmlakının müsadirəsi və bank hesablarının bloklanması barədə göstəriş verib.

SEPAH-a yaxın “Fars” agentliyi bildirib ki, Tehran prokuroru “xaricdəki düşmənləri dəstəkləyən” şəxslərin müəyyən edilərək onların əmlaklarının müsadirə olunması və bank hesablarının bağlanması barədə göstəriş verib.

Məlumata əsasən, bu siyahıya aktyorlar, idmançılar, media rəhbərləri, jurnalistlər və ölkə xaricində fəaliyyət göstərən bəzi xəbər şəbəkələrinin idarəçiləri daxildir.

İran hakimiyyətinin uzun illərdir rejim əleyhdarlarına qarşı təzyiq və susdurma siyasəti həyata keçirdiyi məlumdur. Buna baxmayaraq, sosial şəbəkələrdə aparılan müşahidələr göstərir ki, son illərdə daha çox insan açıq şəkildə hakimiyyətə qarşı mövqe nümayiş etdirir.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …