“Wall Street Journal”: ABŞ İranla əlaqəli 8 neft tankerinin istiqamətini dəyişməyə məcbur edib

GADTB: The Wall Street Journal qəzeti ABŞ rəsmisinə istinadən yaydığı məlumatda bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri İranın cənub sahillərinin mühasirəyə alınmasından sonra İranla əlaqəli 8 neft tankerini izləyərək onların marşrutunu dəyişməyə məcbur edib.

Məlumata görə, bu hadisə bazar ertəsi səhər saatlarından etibarən başlayıb. Bildirilir ki, sözügedən tankerlər ya İran limanlarına daxil olur, ya da həmin limanlardan çıxırmış.

Hesabatda qeyd olunur ki, ABŞ rəsmiləri bütün hallarda tanker heyəti ilə radio vasitəsilə əlaqə saxlayaraq onlara istiqamətlərini dəyişmək barədə göstəriş veriblər.

Rəsmilərin sözlərinə görə, bütün tanker heyətləri bu göstərişlərə əməl edib və buna görə də gəmilərə fiziki baxış keçirməyə və ya onlara daxil olmağa ehtiyac yaranmayıb.

Həmçinin yoxlayın

WSJ: İran ABŞ ritorikasını yumşaltsa, danışıqlara hazırdır

GADTB: The Wall Street Journal qəzetinin məlumatına görə, İran vasitəçilər üzərindən ABŞ-a mesaj göndərərək, prezident …

Təbrizdə “Qlobal” şirkətinin zərərçəkmişləri və sürücülər etiraz aksiyası keçirib

GADTB: 5 ordibehişt 1405-ci il tarixində Təbrizdə “Qlobal” nəqliyyat şirkətinin sürücüləri və zərərçəkmişləri şəhər prokurorluğunun …