Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Molla rejimi Təbriz və Xomeydə tunellərdəki torpaq altında qalan raket qurğularını çıxardır

GADTB: İran atəşkəs dövründə xüsusilə Təbriz və Xomeydə yeraltı tunellərdə qapalı qalan raket buraxılış qurğularını çıxarmaq üçün ağır texnikadan istifadə edir. Bu barədə CNN məlumat yayıb.

“ABŞ kəşfiyyatının son qiymətləndirmələrinə görə, bir ay davam edən döyüşlərdən sonra İranın raket buraxılış qurğularının təxminən yarısı hələ də salamat qalıb.

Onların bir çoxu, ehtimal ki, ABŞ və İsrailin tunel girişlərinə endirdiyi zərbələr nəticəsində torpaq altında qalıb və İran hazırda onları bərpa etməyə çalışır”, – məlumatda bildirilib.

Həmçinin yoxlayın

Azərbaycanlı ekoloq fəal Milad Balsininin həbsdə saxlanılması davam edir, vəziyyəti barədə məlumat yoxdur

GADTB: Azərbaycanlı jurnalist və fəal Milad Balsinininin barəsində həbs qətimkan tədbirinin seçilməsindən 30 gündən çox …

“Türk Dünyası Gənclər Məclisi”ndə “Ayrılıq” mahnısının duyğulu ifası: “Qaqauz” sənətçinin dilindən Azərbaycanın ayrılıq hekayəsi – Video

GADTB: Moldovalı qaqauz türk müğənnisi Leonida Timoş “Türk Dünyası Gənclər Məclisi”ndə ölməz “Ayrılıq” mahnısını ifa …