
GADTB: Birləşmiş Ərəb Əmirlikləri Xarici İşlər Nazirliyi İraqın Əbu-Dabidəki səfirliyinin müvəqqəti işlər vəkili Ömər əl-Ubeydini nazirliyə çağıraraq ona sərt etiraz notası təqdim edib.
Birləşmiş Ərəb Əmirlikləri tərəfindən təqdim olunan etirazda, İraq ərazisindən Körfəz ölkələrinə qarşı həyata keçirildiyi iddia olunan hücumlar qətiyyətlə pislənib. Rəsmi açıqlamada bu hücumların İranla əlaqəli silahlı qruplar və yarımhərbi dəstələr tərəfindən həyata keçirildiyi bildirilib.
Nazirliyin bəyanatına əsasən, bu cür hücumlar atəşkəs elan edilməsinə baxmayaraq davam edir və Körfəz regionundakı mühüm infrastruktur obyektlərini hədəf alır. Birləşmiş Ərəb Əmirlikləri bu addımları öz suverenliyinin və hava məkanının açıq şəkildə pozulması, həmçinin beynəlxalq hüquq, insan hüquqları və BMT Nizamnaməsinin kobud şəkildə pozulması kimi qiymətləndirib.
Qeyd olunur ki, bu addımla Birləşmiş Ərəb Əmirlikləri İraq ərazisindən həyata keçirildiyi bildirilən hücumlara görə diplomatik etiraz bildirən dördüncü Körfəz ölkəsi olub.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi