
GADTB: Vəhid Əbhəri özünün instaqram səhifəsində paylaşdığı “stori” vasitəsilə yeni məhkəmə prosesi ilə bağlı detalları açıqlayıb.
O yazıb: “Ya girov məbləği ağırlaşdırılacaq, ya da həbs olunacağam.”
Vəhid Əbhəri bildirib ki, əvvəlki məhkəmə işinə yeni ittiham əlavə olunub. Paylaşdığı məlumata görə, aldığı bildiriş əsasında şənbə günü səhər saatlarında ittihamın elan olunması üçün 3-cü istintaq şöbəsinə çağırılıb.
Milli fəal həmin iclasın nəticəsi ilə bağlı iki ehtimalın olduğunu qeyd edib:
Girov qərarının ağırlaşdırılması və mövcud girov məbləğinin artırılması
Həbs edilərək zindana göndərilməsi
Qeyd edək ki, Vəhid Əbhəri bundan əvvəl də fəaliyyəti səbəbilə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif ittihamlarla məhkəmə qarşısına çıxarılıb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi