GADTB: Dünən Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bildirib ki, 44 günlük müharibə zamanı Ermənistana silah-sursat daşınması üçün istifadə olunan əsas marşrutlardan biri İranın hava məkanı olub. “Sülhə can atsaq da, bu gün hələ də lazım gələrsə istifadə edə bilməyəcəyimiz silahlar alırıq. Məsələn, Fransa artilleriyası yaxşıdır, amma mərmisiz artilleriya sadəcə metal …
Ətraflı oxu »Gündəlik Arxivlər: May 13, 2026
“Bəsic” qüvvələri azərbaycanlı gənci güllələyib
GADTB: Dünən Şərqi Azərbaycan əyalətinin Məlikan (Məlikkəndi) şəhərinin sakini Ehsan Şirxani Bonab şəhərində yarımhərbi radikal “Bəsic” qüvvələrinin birbaşa atəşi nəticəsində həlak olub. Hələlik hadisənin dəqiq təfərrüatları və İran hakimiyyətinin məsələ ilə bağlı rəsmi mövqeyi barədə məlumat yoxdur.
Ətraflı oxu »Bloomberg: Xarg adasından neft yüklənməsi dayandırılıb
GADTB: Bloomberg peyk görüntülərinə əsaslanan hesabatında İranın əsas neft ixrac terminalı olan Xarg adasından neft yüklənməsinin dayandırıldığını bildirib. 22 ordibeheşt tarixində yayımlanan hesabatda qeyd olunur ki, peyk görüntülərində ötən ilin sonlarında başlayan müharibədən bəri Xarg adasında neft yüklənməsinin “uzunmüddətli dayanmasının ilk əlamətləri” müşahidə edilir. Peyk şəkillərinə əsasən, 18, 19 və …
Ətraflı oxu »ABŞ kəşfiyyatı: İran son müharibədən sonra raket infrastrukturunun böyük hissəsini yenidən aktivləşdirib
GADTB: “New York Times” qəzeti ABŞ kəşfiyyatının qiymətləndirmələrinə istinadən yazıb ki, İran İslam Respublikası son müharibədən sonra raket infrastrukturunun böyük hissəsini yenidən fəaliyyətə qaytarıb. Məlumata görə, İran Hörmüz boğazı boyunca yerləşən 33 yeraltı raket bazasından azı 30-nu yenidən əməliyyat vəziyyətinə gətirib. Kəşfiyyat mənbələri həmçinin iddia ediblər ki, İran raket anbarları …
Ətraflı oxu »Molla rejimi Zəncanda azərbaycanlı fəal Məhəmməd Malikini həbs edilib
GADTB: Azərbaycanlı fəal Məhəmməd Maliki Zəncandakı evində saxlanılaraq, naməlum yerə aparılıb. Onun saxlanılmasından 5 gündən çox vaxt keçməsinə baxmayaraq, taleyi barədə hələ də heç bir məlumat yoxdur. Məlumatlı mənbələrin bildirdiyinə görə, Məhəmməd Malikinin saxlanılması üçün gələn məmurlar ailəsini təhdid edərək “artıq Məhəmmədi görməyəcəksiniz” deyiblər. Hazırda ailə saxlanılan fəalın həyatı ilə …
Ətraflı oxu »İranın ABŞ və İsraillə müharibəsi Hindistanda keçirilən BRICS toplantısının əsas gündəmlərindən birinə çevrilib
GADTB: İran İslam Respublikasının ABŞ və İsraillə müharibəsi Hindistanda keçirilən BRICS xarici işlər nazirlərinin toplantısının əsas mövzularından birinə çevrilib və təşkilata üzv ölkələr arasındakı fikir ayrılıqlarını üzə çıxarıb. Məlumata görə, İran Hindistandan — BRICS-in dövri sədrindən — toplantıdan ABŞ və İsrailin addımlarını pisləmək məqsədilə istifadə etməsini istəyib. Lakin İran İslam …
Ətraflı oxu »Türkiyənin Türk Dövlətləri Təşkilatı ölkələri ilə illik ticarət həcmi 17 milyard dollara yaxınlaşıb
GADTB: Türkiyənin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə illik ticarət həcmi 17 milyard dollara yaxınlaşıb. “TRT Haber”in məlumatına görə, Türkiyənin TDT ölkələrinə məhsul ixracının həcmi ötən il 9,6 milyard dollar təşkil edib. Buna qarşılıq olaraq 7,3 milyard dollarlıq məhsul sözügedən ölkələrdən idxal edilib. Beləliklə, TDT ölkələri ilə illik ticarət həcmi …
Ətraflı oxu »Molla rejimi ABŞ-nin danışıqları bərpa etməsi üçün 5 şərt irəli sürüb
GADTB: İranın Fars xəbər agentliyi xəbər verir ki, İran bir sıra ilkin şərtləri yerinə yetirmədən ABŞ ilə danışıqlara qayıtmaq niyyətində deyil. Agentliyin məlumatına görə, Tehran Vaşinqtona yeni danışıqlar mərhələsi üçün “minimum etimad zəmanəti” kimi təsvir edilən beş əsas tələb təqdim edib. Bunlara “bütün cəbhələrdə, xüsusən də Livanda” hərbi əməliyyatların dayandırılması, …
Ətraflı oxu »
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi