Çərşənbə axşamı , May 19 2026
azfa

Müharibənin başlanmasından bəri molla rejimi 50-dən çox şəxsi edam edib

GADTB: İnsan haqları üzrə xəbər platforması HRANA bildirib ki, ötən ilin 9 esfənd tarixində ABŞ və İsrailin İrana hücumlarının başlamasından ötən həftəyədək ölkədə azı 4 min 23 nəfərin saxlanılması və 50 nəfərin edamı qeydə alınıb.

ABŞ-də fəaliyyət göstərən bu insan haqları təşkilatının məlumatına görə, həmin şəxslər “casusluq”, “milli təhlükəsizliyə təhdid”, eləcə də müharibə ilə bağlı məlumatların xarici mediaya ötürülməsi kimi ittihamlarla həbs və ya edam olunublar.

“Mərmi və repressiya arasında” adlı hesabatda qeyd olunur ki, İran hakimiyyəti müharibədən “təhlükəsizlik yönümlü narrativləri gücləndirmək, həbslərə, söz azadlığının məhdudlaşdırılmasına və mülki şəxslərə qarşı zorakılığa bəraət qazandırmaq üçün istifadə edib”.

HRANA əlavə edib ki, saxlanma mərkəzlərində vəziyyət daha da ağırlaşıb. Bildirilir ki, hakimiyyət yoxlama məntəqələrinin sayını artırıb, hərəkət azadlığını daha da məhdudlaşdırıb və uzunmüddətli internet kəsintisi tətbiq edib. Nəticədə ölkənin internet bağlantısı adi səviyyənin təxminən bir faizinə enib.

İran polisinin baş komandanı Əhmədrza Radan bazar ertəsi bildirib ki, müharibənin başlanmasından bəri “6 min 500-dən çox casus və vətən xaini saxlanılıb, onlardan 567-si isə müxalif qruplarla əlaqəli olub”.

O, ötən ilin dey ayında baş vermiş etirazlarla bağlı da bildirib ki, “heç bir iş bağlanmayıb və həmin şəxslərin müəyyən edilərək saxlanılması prosesi davam edir”.

HRANA-nın hesabatında həmçinin qeyd olunur ki, 1404-cü ilin 9 esfəndi ilə 1405-ci ilin 23 ordibehişti arasında 50 edam faktı sənədləşdirilib və bunlardan 32-si siyasi və təhlükəsizlik ittihamları ilə bağlı olub.

Hesabatda ABŞ və İsrailin İrana hücumları nəticəsində mülki şəxslərin itkilərinə də toxunulub. Bildirilir ki, insan haqları fəalları ümumilikdə azı 3 min 636 ölüm faktını sənədləşdirib. Ölənlər arasında 1701 mülki şəxs, 1221 hərbçi və kimliyi müəyyən edilməyən 714 nəfər var.

HRANA həmçinin hücumlar nəticəsində 307 uşağın öldüyünü və 2 min 213 uşağın yaralandığını təsdiqləyib.

Həmçinin yoxlayın

İran ABŞ Hərbi Hava Qüvvələrinin uçuş taktikalarını təhlil edib və mümkün zərbəyə hazırlaşır

GADTB: “The New York Times” ABŞ rəsmilərinə istinadən xəbər verir ki, İranın hərbi komandanlığı Vaşinqtonun …

Təxminən 3 min yük maşını 20 gündən çoxdur Türkiyə sərhəddində çıxış növbəsində qalıb

GADTB: Hazırda təxminən 3 min yük maşınının 20 gündən artıqdır ölkədən çıxış üçün sərhəd keçid …