Bazar ertəsi , Noyabr 2 2026
azfa

ABŞ: Dəniz mühasirəsi davam edir, indiyədək 89 gəminin marşrutu dəyişdirilib

GADTB: ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran İslam Respublikasına qarşı tətbiq olunan dəniz mühasirəsi çərçivəsində indiyədək 89 gəminin marşrutunu dəyişməyə məcbur etdiklərini açıqlayıb.

CENTCOM mayın 29-da “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada ABŞ-ın İrana qarşı tam dəniz mühasirəsini davam etdirdiyini və İran limanlarına gedən və oradan çıxan ticarət axınının qarşısını aldıqlarını bildirib.

ABŞ, Pakistanın paytaxtı İslamabadda İranla keçirilən üzbəüz danışıqların nəticəsiz qalmasından sonra bu ilin aprelin 13-də İran limanlarına qarşı dəniz mühasirəsinə başlamışdı.

Həmin danışıqlar İslamabadda əldə olunan atəşkəsdən bir neçə gün sonra keçirilmişdi. Tərəflər sonrakı mərhələdə qarşılıqlı təkliflər mübadiləsi aparsalar da, müzakirələr nəticəsiz başa çatmışdı.

İran hakimiyyəti isə müharibənin başlanğıcından etibarən Hörmüz boğazını bağlayıb. Bu addım bölgədə enerji təhlükəsizliyi və dəniz nəqliyyatı ilə bağlı narahatlıqları daha da artırıb.

Həmçinin yoxlayın

Təbrizin 9-cu məntəqə bələdiyyəsinin qarşısında Xavəran sakinləri etiraz aksiyası keçirib – Video

GADTB: Xavəranın 2-ci fazasında yerləşən yaşayış mənzillərinin bir sıra sakinləri və mülkiyyətçiləri həllini tapmamış problemlərinə …

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı səfirliyinə imzaladıqları açıq məktubu təqdim ediblər

GADTB: Azərbaycanın bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da …