Bazar , Noyabr 15 2026
azfa

SEPAH terror təşkilatı Gürcüstana nüfuz edib

GADTB: Molla rejimi sivil imkanlardan istifadə etməklə Gürcüstana nüfuz edib. “The Washington Free Beacon” nəşri Gürcüstanın geosiyasi kursunda ciddi dəyişiklik baş verdiyini yazıb. “Gürcü Arzusu” partiyasının hakimiyyəti dövründə Gürcüstan ABŞ-nin yaxın tərəfdaşından, İran təsiri altına düşməkdə ittiham olunur.

Hudson İnstitutundakı tədbirdə çıxış edən ekspertlər deyiblər ki, Gürcüstan ərazisi İran kəşfiyyatı və SEPAH-a bağlı şəxslər üçün əlverişli fəaliyyət mühitinə çevrilə bilər. Bildirilib ki, bu şəxslər daha sonra Şengen zonası və ABŞ daxilində sərbəst hərəkət imkanları əldə edə bilərlər.

Hudson İnstitutunun araşdırmasına əsasən, İranın Gürcüstandakı əsas fəaliyyət istiqamətlərindən biri ölkənin şiə icmasıdır. Hesabatda İranla əlaqəli xeyriyyə təşkilatları və Əl-Mustafa Beynəlxalq Universitetinin Gürcüstandakı fəaliyyətindən bəhs edilir.

Keçmiş gürcü deputatı Giorgi Kandelaki bəzi əməkdaşların xaricdə İsrail diplomatlarına qarşı planlaşdırılan əməliyyatlarla əlaqələndirildiyini deyib.

Həmçinin yoxlayın

Türkmən Cəbhəsinin üzvü Qəhtan Vəndavi Kərkükün yeni valisi seçilib

GADTB: İraq Türkmən Cəbhəsinin üzvlərindən olan Qəhtan Vəndavi 2026-cı il noyabrın 14-də, şənbə günü Kərkük …

İlamda tarixi Taxt-xan kitabəsi bir qrup kürd tərəfindən dağıdılıb

GADTB: İlam ostanının Poştkuh bölgəsində Lor hakimlərinin valilik dövrünə aid tarixi yadigarlardan biri olan Taxt-xan …