Çərşənbə , İyun 3 2026
azfa

Molla rejimi Əmirhüseyn Səadəti Təbrizdə həbs edib

GADTB: İyunun 1-də Əllamə Təbatəbai Universitetinin keçmiş Tələbə Həmkarlar Şurasının katibi, Əmirhüseyn Səadət, Təbrizdə ETTELAAT İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq naməlum yerə aparılıb. Eyni zamanda onun yaşadığı evdə axtarış aparılıb və bir sıra şəxsi əşyaları götürülüb.

Məlumata görə, Səadət iş yerində məhkəmə qərarı təqdim edilmədən saxlanılıb. Bildirilir ki, saxlanılma zamanı ona qarşı fiziki zorakılıq tətbiq olunub.

Ailəsinə yaxın məlumatlı mənbənin bildirdiyinə görə, o, qısa telefon danışığı zamanı saxlanıldığını ailəsinə xəbər versə də, harada saxlanıldığı barədə məlumat verməyib. Həmçinin evində aparılan axtarış zamanı mobil telefonu, noutbuku və pasportu da daxil olmaqla bəzi şəxsi əşyaları götürülüb.

Hazırda onun saxlanılma səbəbləri, barəsində irəli sürülən ittihamlar və saxlanıldığı yer barədə rəsmi məlumat açıqlanmayıb.

1993-cü il təvəllüdlü Əmirhüseyn Səadət Abadə şəhərində anadan olub, hazırda Təbriz şəhərində yaşayır və Əllamə Təbatəbai Universitetinin keçmiş tələbə nümayəndələrindən biri kimi tanınır.

Həmçinin yoxlayın

ABŞ İranın kriptovalyuta sektoru ilə bağlı yeni sanksiyalar tətbiq edib

GADTB: ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli qurumlara qarşı yönəlmiş yeni sanksiyalar paketini açıqlayıb. Məhdudiyyətlərə “Nobitex” …

Molla rejimi Zəncanda tanınmış “Polo” restoranının sahibini həbs edərək, restoranı hərraca çıxarıb

GADTB: İrqçi fars-molla rejimi Zəncanda tanınmış “Polo” restoranının sahibi Bəhram Fətullahini həbs edərək, restoranı hərraca …