Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Molla rejimi Zəncanda tanınmış “Polo” restoranının sahibini həbs edərək, restoranı hərraca çıxarıb

GADTB: İrqçi fars-molla rejimi Zəncanda tanınmış “Polo” restoranının sahibi Bəhram Fətullahini həbs edərək, restoranı hərraca çıxarıb.

Zəncan şəhərinin tanınmış restoranlarından olan “Polo” restoranının binası SEPAH-ın Xatəm ul-Ənbiyə bölməsi tərəfindən aylıq 500 milyon tümənə kirayə verilmək üçün ümumi hərraca çıxarılıb.

Bu addım restoranın sahibi Bəhram Fəthullahi təhlükəsizlik orqanları tərəfindən həbs edildikdən sonra atılıb.

SEPAH-a bağlı “Təsnim” xəbər agentliyi onun son etirazlar zamanı “daxili təhlükəsizliyə qarşı cinayət törətmək məqsədilə toplaşma və əlbirlik” ittihamı ilə saxlanıldığını bildirmişdi. Bundan əvvəl isə Zəncan Vergi İdarəsi restoranın “bahaçılıq” səbəbindən bağlandığını elan etmişdi.

Restoranın hərraca çıxarılması Zəncan əyalətində vətəndaşlara qarşı məhkəmə və təhlükəsizlik tədbirlərinin gücləndiyi bir vaxta təsadüf edir. Son günlər rəsmi qurumlar “düşmənlə əməkdaşlıq edən şəbəkələrlə əlaqə” ittihamı ilə onlarla vətəndaşın əmlakının müsadirə olunduğunu açıqlayıblar.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …