Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılması texniki baxımdan mümkündür

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bildirib ki, İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən kənara daşınması mürəkkəb və çətin proses olsa da, texniki baxımdan mümkündür.

Rafael Qrossi “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib ki, İranın təxminən 440 kiloqram 60 faiz zənginləşdirilmiş uranının ölkədən çıxarılması müəyyən texniki çətinliklərlə müşayiət olunsa da, bu, qeyri-mümkün deyil. O, həmçinin bu ehtiyatların zənginləşdirmə səviyyəsinin aşağı salınması variantına da diqqət çəkib.

Qrossi vurğulayıb ki, Beynəlxalq Atom Enerjisi Agentliyi İran ilə Amerika Birləşmiş Ştatları arasında aparılan danışıqlarda birbaşa iştirak etmir. Bununla belə, agentlik hər iki tərəflə əlaqə saxlayır və mümkün razılaşmanın texniki baxımdan həyata keçirilə bilməsi üçün dəstək göstərməyə çalışır.

Agentliyin baş direktoru daha əvvəl də bildirmişdi ki, Qazaxıstan Tehran ilə Vaşinqton arasında razılaşma əldə ediləcəyi təqdirdə İranın zənginləşdirilmiş uran ehtiyatlarının öz ərazisində saxlanılmasına hazır olduğunu bəyan edib.

İranın 60 faiz zənginləşdirilmiş uran ehtiyatlarının taleyi hazırda İran ilə Amerika Birləşmiş Ştatları arasında aparılan danışıqların ən mühüm və həssas mövzularından biri hesab olunur. ABŞ Prezidenti Donald Tramp dəfələrlə bu materialların İran ərazisindən çıxarılmasının vacibliyini vurğulayıb.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …