MEDIA CNN-dən Azərbaycandan üzr istəməyi tələb edir

GADTB: Azərbaycan Media İnkişaf Agentliyi (MEDIA) CNN telekanalından Azərbaycanın guya İsrailin İrana qarşı hərbi əməliyyatlarında istifadə edilməsi ilə bağlı yayımladığı məlumatı geri götürməyi və rəsmi şəkildə üzr istəməyi tələb edib.

Agentliyin bəyanatında qeyd olunur ki, sözügedən materialda irəli sürülən iddialar heç bir fakt və ya sübutla təsdiqlənmir və yalnız anonim mənbələrə istinad edilir. MEDIA bunu qəsdən yayılan dezinformasiya kimi dəyərləndirib.

Bəyanatda vurğulanıb ki, bu cür məlumatlar təkcə Azərbaycanın maraqlarına deyil, həm də bölgədə təhlükəsizlik və sabitliyə mənfi təsir göstərə biləcək siyasi xarakterli təxribatdır.

Agentlik xatırladıb ki, Azərbaycan dövləti müxtəlif səviyyələrdə dəfələrlə bəyan edib ki, ölkə ərazisi heç vaxt İrana qarşı hər hansı hərbi əməliyyat üçün istifadə olunmayıb./ Azad İran

Həmçinin yoxlayın

Azərbaycanlı vəkil Məhəmməd Təriqətə qarşı yeni ittiham aktı hazırlandı

GADTB: Üskü şəhərinin Ümumi və İnqilab Prokurorluğunun prokurorluq şöbəsi vəkil və Vəkillər Kollegiyasının üzvü Məhəmməd …

Urmiyanın Quluncu kəndində türk dilində yeni lövhələr quraşdırılıb

GADTB: Urmiyanın Quluncu kəndində türk dilində yeni məlumat və istiqamət lövhələri quraşdırılıb. Bu addım bölgənin …