Bazar ertəsi , Avqust 31 2026
azfa

Azərbaycanlı vəkil Məhəmmədrza Fəqihiyə aid edilən əməl cinayət sayılmır

GADTB: İran Ali Məhkəməsinin 44-cü şöbəsi türk azərbaycanlı vəkil Məhəmmədrza Fəqihinin işinə baxarkən, Cinayət Prosessual Məcəlləsinin 474-cü maddəsinin “ç” bəndinə istinad edərək ona aid edilən əməli cinayət hesab etməyib və iş üzrə yenidən məhkəmə baxışına (işə yenidən baxılması) icazə verib.

Hüquq mənbələrinin və müdafiə tərəfinin yaydığı məlumata görə, Ali Məhkəmə yenidən baxılma tələbini qəbul edərək işi təkrar araşdırılması üçün məhkəmə prosesinə qaytarıb.

Vəkil və Mərkəz Vəkillər Kollegiyasının üzvü olan Məhəmmədrza Fəqihi 1401-ci ilin 20 mehr tarixində vəkillərin Vəkillər Kollegiyası qarşısında keçirdiyi dinc toplantıda iştirak etməsi ilə əlaqədar saxlanılmışdı. Daha sonra o, “ölkənin təhlükəsizliyinə qarşı əlbir olmaq və sövdələşmə aparmaq” ittihamı ilə Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində hakim Əbülqasım Səlavatinin sədrliyi ilə 5 il həbs cəzasına, 2 il vəkillik fəaliyyətindən məhrum edilməyə, 2 il ölkədən çıxış qadağasına və siyasi fəaliyyət hüququndan məhrum edilməyə məhkum edilmişdi. Bu hökm apellyasiya mərhələsində də qüvvədə saxlanılmışdı.

Məhəmmədrza Fəqihi hökmün icrası üçün 1403-cü ilin 2 bəhmən tarixində Evin həbsxanasına köçürülmüşdü. Yenidən baxılma tələbinin qəbul edilməsi ilə onun işi məhkəmə araşdırmasının yeni mərhələsinə daxil olub.

Həmçinin yoxlayın

Meşkinşəhrin Cəbdərəq kəndində mədən fəaliyyətinə qarşı etiraz aksiyası keçirilib; “Süfrələrimizin çörəyini məhv etməyin”

GADTB: Meşkinşəhr rayonunun Cəbdərəq kəndinin bir qrup sakini “Colgehaye asimani” şirkətinin mədən fəaliyyəti və bunun …

ABŞ və molla rejimin qarşılığılı hücumları ilə gərginlik regionda artdı

GADTB: Bölgədə gərginliyin davam etdiyi bir vaxtda İran İslam Respublikasının silahlı qüvvələri İordaniya və Birləşmiş …