Cümə , Noyabr 27 2026
azfa

Araz Əmani Nədarlı cəzasını çəkmək üçün Təbriz həbsxanasına köçürüldü

GADTB: Azərbaycanlı fəal Araz Əmani Nədarlı son günlər hökmün icrası və məhkumluq müddətinin çəkilməsi üçün məhkəmə orqanlarına müraciət edib və Təbriz Mərkəzi Həbsxanasına köçürülüb.

İş materiallarına əsasən, bu fəal daha əvvəl 1402-ci ilin 30 ordibeheşt tarixində İran Kəşfiyyat Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmışdı. O, 24 gün həbsdə və istintaq altında qaldıqdan sonra 1 milyard tümən məbləğində girov qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdı.

Məhkəmə orqanları Araz Əmani Nədarlıya qarşı irəli sürülən ittihamı “dövlət quruluşu əleyhinə təbliğat fəaliyyəti” kimi qiymətləndirib.

Çıxarılmış hökm qüvvəyə mindikdən sonra Araz Əmani Nədarlı cəzanın icrası üçün özünü Təbriz həbsxanasına təqdim edib və hazırda həbs müddətini çəkməkdədir.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi Əli Baqirinin taleyi barədə məlumat verilmir

GADTB: Şəbistərin Nadarlı kəndindən olan gənc Əli Baqiri noyabrın 26-da təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən saxlanılıb. …

İran Naxçıvanla sərhədə hərbi texnika yığır

GADTB: Son günlər sosial mediada, xüsusilə “TikTok” platformasında İranın Azərbaycanın Naxçıvan bölgəsi ilə sərhəd istiqamətinə …