Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Urmiyanın Quluncu kəndində türk dilində yeni lövhələr quraşdırılıb

GADTB: Urmiyanın Quluncu kəndində türk dilində yeni məlumat və istiqamət lövhələri quraşdırılıb. Bu addım bölgənin ana dilinin və mədəni kimliyinin qorunması istiqamətində atılan təşəbbüs kimi yerli sakinlərin diqqətini cəlb edib.

Türk dilində hazırlanmış lövhələrdə kəndə məxsus adlar və ifadələr yer alır. Bu lövhələr bölgə əhalisinin dil və mədəni irsini əks etdirməklə yanaşı, yerli kimliyin görünürlüğünün artırılmasına xidmət edir.

Məlumata görə, yeni lövhələrin quraşdırılması kənd sakinləri tərəfindən müsbət qarşılanıb və təşəbbüs bölgənin tarixi-mədəni xüsusiyyətlərinin yaşadılması baxımından əhəmiyyətli addım kimi qiymətləndirilib.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …