Çərşənbə axşamı , İyun 30 2026
azfa

Güney Azərbaycanın Makı şəhərində Makı xanının heykəli ucaldılıb

GADTB: Güney Azərbaycanın Makı şəhərində Makı xanı Murtuzaqulu xan Bayatın (İqbalüs-Səltənə) heykəli ucaldılıb.

Makı Sərdarı kimi tanınan Murtuzaqulu xan Bayatın xatirəsinin əbədiləşdirilməsi yerli əhalinin müraciətləri əsasında baş tutub.

1863-cü ildə anadan olan və Makı xanlığını son nümayəndəsi kimi 1922-ci ilə qədər yerli hakimiyyətin başçısı olan Murtuzaqulu xan Bayat, Makı və ətraf bölgələrin abadlığı, təhsil, səhiyyə və ticarət sisteminin qurulmasında böyük rol oynayıb. Onun dövründə xanlığın ərazisində 300-dən çox kənd mövcud olub.

Qeyd edək ki, Nadir şahın ölümündən sonra (XVIII əsrin ortalarında) yaranmış yarımmüstəqil xanlıqlardan biri olan Makı xanlığını, Bayat tayfasından olan hakimlər idarə ediblər.

Həmçinin yoxlayın

Böyük hissəsi türklərin ərazisi olan Rusiyanın 5 yerə parçalanacağı proqnozlaşdırılır

GADTB: Süni intellekt ChatGPT böyük hissəsinin türklərin ərazisi olan Rusiya Federasiyasının mümkün dağılması ilə bağlı …

Əhərin Əngird kəndinin gəncləri “Mehr Əsl” mədəninin fəaliyyətinə etiraz ediblər

GADTB: Əhərin Əngird kəndindən olan bir qrup gənc Mehr Əsl mədəninin girişində etiraz aksiyası keçirərək …