Cümə , İyul 24 2026
azfa

Əli Cənnəti: İranda yenidən etirazların baş verməsi ehtimalı var

GADTB: İranın keçmiş mədəniyyət və islami irşad naziri Əli Cənnəti “Xəbər Onlayn” saytına müsahibəsində bildirib ki, gələcəkdə iqtisadi və sosial-məişət problemləri səbəbindən İranda yenidən kütləvi etirazların baş verməsi mümkündür.

O deyib ki, əvvəlki təcrübələri nəzərə alaraq, hakimiyyət “xarici düşmənlə əlaqəli ünsürlərin” ölkəyə daxil olmasına və onun ifadəsi ilə desək, “keçmişdə baş vermiş faciələrin” yenidən təkrarlanmasına imkan verməyəcək.

Əli Cənnəti bildirib: “Dey ayında baş verən hadisələr əvvəlcə tamamilə dinc etiraz idi. İnflyasiyanın və bahalaşmanın artmasına görə insanlar etiraz edir, bazar esnafının bir hissəsi küçələrə çıxırdı. Lakin sonradan xarici amillər etiraz dalğasına qoşularaq zorakılığın artmasına səbəb oldular.”

Keçmiş nazir əlavə edib ki, onun fikrincə, iğtişaşlarda iştirak edən şəxslərin saxlanılması həmin hadisələrdə “xarici amillərin tam şəkildə müdaxilə etdiyini” göstərib.

Həmçinin yoxlayın

ABŞ gecə və səhər saatlarında İranın cənub və mərkəz bölgələrindəki hədəflərə hücum etdi

GADTB: ABŞ gecə və sübh saatlarında İranın cənub və mərkəzi bölgələrində yerləşən hərbi hədəflərə raket …

Böyük Britaniyadan SEPAH-ın hədələrinə cavab

GADTB^ İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ bombardmançı təyyarələrinin Britaniya bazalarından uçuşlar həyata keçirməsinə …