Bazar , Sentyabr 20 2026
azfa

Böyük öndər Babək Xürrəmdinin doğum günüdür

GADTB: Bu gün Azərbaycan xalqının tarixi qəhrəmanı və zülmə qarşı mübarizənin unudulmaz simvolu olan Babək Xürrəmdinin doğum günüdür.

Babək yüzillər əvvəl öz torpaqlarında azadlıq və ədalət uğrunda başladığı hərəkatla təkcə öz dövrü üçün deyil, gələcək nəsillərin də azadlıq mübarizəsinə işıq tutmuşdur.

Bu önəmli gündə Güney Azərbaycan milli hərəkatı və azadlıq istəyən hər kəs üçün Babəyin mübarizə fəlsəfəsi bir ilham mənbəyidir.

Bu gün də bütün təzyiqlərə baxmayaraq azadlıq, ədalət və milli hökumət uğrunda mübarizə aparan yeni nəsillər Babəyin azadlıq ruhunu öz şüarlarında yaşatmaqdadır.

“Biz ölməyə hazırıq, Babəyin sərbazıyıq” şüarı bu böyük qəhrəmanın yolunun hələ də Azərbaycanda davamçılarının olduğunu göstərir.

Bəzz qalası bu gün də vətənin hər guşəsində demokratik və azad gələcək arzusu ilə yaşayan azadlıqsevərlərin ən böyük dayaq nöqtələrindən biri hesab olunur.

Həmçinin yoxlayın

Azərbaycanlı idmanşı qız Eylin Zamani çempion oldu- Video

GADTB: Cənubi Azərbaycanın Təbriz şəhərindən olan idmançı qız Eylin Zamani böyük güclə meydana çıxaraq mübarizə …

Əhərdə Şeyx Şəhabəddin Əhəri tarixi türbəsinin ərazisində yeni tikinti türbəyə zərər yetirir

GADTB: Əhər rayonunda yerləşən Şeyx Şəhabəddin Əhəri türbəsinin ərazisində yeni tikinti işlərinin aparıldığını əks etdirən …