Cümə , Sentyabr 18 2026
azfa

Qəzvində Kəmal Xanbabayi barəsində edam hökmü çıxarılıb

GADTB: Qəzvin vilayətində 2026-cı ilin yanvar ayında keçirilən etiraz aksiyaları zamanı saxlanılan Kəmal Xanbabayi molla rejimin İnqilab Məhkəməsi tərəfindən “müharibə aparmaq” və “ictimai əmlakı məhv etmək” ittihamları ilə edam cəzasına məhkum edilib. Hökm ədalətli məhkəmə araşdırması standartlarına əməl olunmaması ilə bağlı insan hüquqları təşkilatlarının ciddi narahatlığına səbəb olub.

Yayılan məlumatlara görə, hökm əsasən saxlanıldığı müddətdə alınmış etiraf ifadələrinə və məhdud sayda sübuta əsaslanıb. Bildirilir ki, “müharibə aparmaq” ittihamının irəli sürülməsinin əsas səbəblərindən biri müşahidə kameralarından birinin sındırılması olub. Məlumatlarda həmçinin qeyd edilir ki, Kəmal Xanbabayi 2026-cı ilin yanvar ayında həbs edildiyi vaxtdan etibarən Qəzvinin Çubindər həbsxanasında ağır şəraitdə saxlanılır.

Bu hökm İran İslam Respublikasının beynəlxalq öhdəliklərini, xüsusilə də Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt çərçivəsində üzərinə götürdüyü öhdəlikləri pozması ilə bağlı ciddi narahatlıqlar doğurub. Həmin paktın 6 və 14-cü maddələrinə əsasən, ölüm cəzası yalnız ən məhdud hallarda, ədalətli məhkəmə araşdırması keçirildikdən və təqsirləndirilən şəxsin bütün hüquqları tam təmin edildikdən sonra tətbiq oluna bilər. Bundan əlavə, təzyiq altında və ya ədalətli məhkəmə prinsiplərinə zidd şəraitdə alındığı ehtimal olunan etiraflara istinad edilməsi işgəncələrin qadağan olunması və ədalətli məhkəmə hüququ prinsipləri ilə uzlaşmır.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …