Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Minlərlə dənizçi atəşkəsə baxmayaraq hələ də körfəzdə qalıb

GADTB: Bloomberg xəbər verir ki, ABŞ ilə İran arasında atəşkəsin əldə olunmasına və sülh haqqında anlaşma memorandumunun imzalanmasına baxmayaraq, 100 gündən artıqdır körfəzdə qalan minlərlə dənizçi hələ də Hörmüz boğazından keçərək bölgəni tərk etmək imkanı gözləyir.

Bloomberg yazır ki, xam neft daşıyan tankerə kapitanlıq edən Abhicit Çopra körfəzdə lövbər saldığı vaxt ailəsi və dostlarından aldığı mesajlar vasitəsilə sülh razılaşmasından xəbər tutub. Lakin o, sevincini gizlədib. Çünki nə ətrafdakı gəmilərdə hər hansı bayram əhval-ruhiyyəsi görünürdü, nə də gəmilər tələsik şəkildə Hörmüz boğazına doğru hərəkət edirdi.

Çopra və onun 21 nəfərlik heyəti müharibənin başladığı 9 mart tarixindən bəri bölgədə qalıb və artıq 120 gündən çoxdur ki, buradan çıxmağı gözləyirlər.

Tankerin heyəti – bir ukraynalı dənizçi istisna olmaqla hamısı hindistanlıdır. Onlar müharibənin ilk günlərində qorxu və qeyri-müəyyənlik şəraitində yaşasalar da, mənəvi ruhlarını qorumaq üçün birlikdə yemək yeyir, köhnə hind mahnıları oxuyur və mart ayının əvvəlində tanker üzərində Holi bayramını qeyd ediblər.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …