
GADTB: ABŞ-nin gecə saatlarında endirdiyi zərbələrdən sonra Tehran-Məşhəd şəhərləri arasında sərnişin qatarlarının hərəkəti dayandırılıb.
Məlumata görə, hadisə yerinə təmir briqadaları cəlb olunub və dəmir yolu xəttinin bərpası istiqamətində işlərə başlanılıb.
Bildirilib ki, hökumət sərnişin daşımalarının davam etdirilməsi üçün zədələnmiş hissənin avtomobil nəqliyyatı ilə keçilməsini nəzərdə tutan alternativ marşrut hazırlayıb.
Qeyd edək ki, iyulun 9-da İranın Məşhəd şəhərində Əli Xameneyinin dəfn mərasiminin keçirilməsi planlaşdırılır.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi