Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

ABŞ-ın son iki gündəki hücumları nəticəsində 14 nəfər həlak olub

GADTB: İran Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri bildirib ki, ABŞ-ın son iki gün ərzində İrana həyata keçirdiyi hücumlar nəticəsində 14 nəfər həyatını itirib.

Hüseyn Kermanpurun sözlərinə görə, ABŞ indiyədək İranın beş vilayətini hədəfə alıb. Nəticədə 14 nəfər həlak olub, 78 nəfər isə yaralanıb.

Səhiyyə Nazirliyinin rəsmisi yaralılardan 47 nəfərinin xəstəxanalarda müalicə aldığını, digər yaralıların isə tibbi yardım göstərildikdən sonra evə buraxıldığını bildirib.

Səhiyyə Nazirliyinin açıqladığı itkilər statistikasına hərbi qulluqçuların daxil olub-olmaması məlum deyil.

İran Ordusu çərşənbə günü ABŞ-ın ilk gecə hücumları zamanı səkkiz hərbçisinin həlak olduğunu açıqlamışdı. SEPAH isə həmin hücumlarda öz qüvvələrindən bir nəfərin öldüyünü bildirmişdi.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …