Bazar ertəsi , Noyabr 9 2026
azfa

Zelenski: Xəzər dənizində İranın hərbi yükləri ilə əlaqəli gəmiləri hədəf aldıq

GADTB: Ukrayna Prezidenti Volodimir Zelenski X sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib ki, Ukrayna Silahlı Qüvvələri Xəzər dənizində həyata keçirdiyi uzaqmənzilli əməliyyat zamanı İran İslam Respublikası ilə əlaqəli hərbi yüklərin daşınmasında istifadə olunan gəmiləri və bir hərbi gəmini hədəfə alıb.

Zelenski əlavə edib ki, Ukrayna qüvvələri ötən gecə Rusiyanın bir neçə bölgəsində yerləşən hərbi və logistik obyektlərə də zərbələr endirib.

Onun sözlərinə görə, hücumlar Kirov vilayətində yerləşən hərbi zavodu, Tümen şəhərindəki neft emalı müəssisəsini, Yekaterinburqdakı logistika mərkəzini və Rostov-na-Donudakı yanacaq anbarını hədəf alıb.

Həmçinin yoxlayın

Təbrizli gənc müğənni Fərzad Purəhməd vəfat edib – Video

GADTB: “Təbriz” mahnısının ifaçısı olan təbrizli sənətçi Fərzad Purəhməd 40 yaşında dünyasını dəyişib. O, yol-nəqliyyat …

İraq: “ABŞ İraqdan İranla demək olar ki, bütün sərhəd-keçid məntəqələrini bağlamağı tələb edib”

GADTB: İraqın xarici işlər naziri Fuad Hüseyn bəyan edib ki, Vaşinqton rəsmi şəkildə Bağdaddan İranla …