Çərşənbə axşamı , Sentyabr 15 2026
azfa

Türk Dövlətləri Təşkilatının ilk peyki bu tarixdə buraxılacaq

GADTB: Türk Dövlətləri Təşkilatının (TDT) ilk birgə peyki olan OTS-SAT-ın 2027-ci ildə buraxılması planlaşdırılıb.

Bu barədə Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıbş

Bildirilib ki, layihəni nazirliyin rəhbəri Jaslan Madiyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev müzakirə ediblər.

Qeyd olunub ki, kosmik aparatı qazaxıstanlı mühəndislər və mütəxəssislər Astanada yerləşən Kosmik Aparatların Yığma və Sınaq Kompleksinin bazasında hazırlayırlar:

“Peykin mühəndis modeli artıq tam yığılıb, işlər təsdiq edilmiş qrafikə uyğun olaraq aparılır”.

Bundan başqa, tərəflər çərçivə sazişinin hazırlanması, layihənin maliyyələşdirilməsi və buraxılışın təşkili məsələlərini nəzərdən keçiriblər.

J.Madiyevin sözlərinə görə, OTS-SAT-ın həyata keçirilməsi TDT ölkələrinin texnoloji əməkdaşlığını gücləndirəcək və yeni birgə layihələr üçün imkanlar yaradacaq.

Həmçinin yoxlayın

BMT Təhlükəsizlik Şurası Babül-Məndəb boğazında terrorçu husilərin yaratdığı təhlükəni müzakirə edəcək

GADTB: BMT Təhlükəsizlik Şurası çərşənbə axşamı Yəməndəki son vəziyyəti və strateji əhəmiyyət daşıyan Babül-Məndəb boğazındakı …

Dubayda Azərbaycan Traxtur  komandası ilə Şabab Əl-Əhli oyununda milli şüarlar səsləndirilib – Video

GADTB: Traxturun azarkeşləri sevimli komandalarını harada olmasından asılı olmayaraq tək buraxmırlar. Təbrizdən sərhədlərdən kənara qədər …