Çərşənbə axşamı , Avqust 11 2026
azfa

İraqda terrorçuları tərksilah planı SEPAH-ı hərəkətə keçirib

GADTB: İranın terrorçu İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) Qüds qanadının komandanı İsmayıl Qaani Bağdada səfər edib.

General Qaani Həşd-Şəbi qruplaşmasının, silahlı qrupların liderləri və İraq Koordinasiya Qərargahının rəhbərliyi ilə bir neçə görüş keçirib. Görüşlərdə əsas müzakirə mövzusunun silahlara nəzarət olduğu bildirilib.

Qaani səfərini İraqda silahlı qruplardan silahların dövlətə təhvil verilməsi prosesinin başladığı bir vaxtda həyata keçirib. İraqın baş naziri Əli əl-Zeydi daha əvvəl prosesin başa çatdırılması üçün sentyabrın 30-dək vaxt müəyyən edib.

İraq dövlət qurumları ölkədə dövlət strukturlarından kənar hər hansı silahlı fəaliyyətin Terrorla Mübarizə Qanununa uyğun olaraq dayandırılacağını vurğulayıblar.

Həmçinin yoxlayın

Tramp: İran ABŞ əsgərlərinin və öz xalqının öldürülməsinə görə təzminat ödəməlidir

GADTB: ABŞ Prezidenti Donald Tramp bazar ertəsi bildirib ki, İranın son «50 il ərzində» ABŞ …

Təbrizdə Pəhləvi rejiminin Azərbaycan xalqına qarşı törətdiyi qırğına görüntülər –– VİDEO

GADTB: Təbrizin Heydərabad məhəlləsində su və kanalizasiya idarəsinin əməkdaşları tərəfindən aparılan qazıntı işləri zamanı kütləvi …