
GADTB: Mossadın keçmiş rəhbəri Yossi Kohen İranın Fordo nüvə obyektinə keçmişdə bir neçə dəfə baş çəkdiyini bildirib.
“The Times of Israelin” məlumatına görə, Kohen bu açıqlamanı Səfad şəhərində keçirilən Cəlil Forumunda çıxışı zamanı verib.
O deyib: «Bu məkanı başa düşmək üçün Fordo nüvə obyektinə bir neçə dəfə baş çəkmişəm».
Kohen səfərlərin nə vaxt və hansı şəraitdə həyata keçirildiyi barədə əlavə məlumat verməyib. İsrail mediasının digər məlumatlarında isə onun «biz Fordo nüvə obyektinə onu anlamaq üçün dəfələrlə baş çəkdik» dediyi bildirilir. Onun konkret olaraq obyektə fiziki girişləri, yoxsa uzaqdan aparılan müşahidələri nəzərdə tutduğu aydın deyil.
Mossadın keçmiş rəhbəri ABŞ-ın Fordo obyektinə endirdiyi zərbəyə münasibət bildirərkən deyib: «Amerikalıların oranı bombalaması bütün arzularımın gerçəkləşməsi idi».
Fordo nüvə obyekti, həmçinin İsfahan və Natanzdakı nüvə obyektləri 2025-ci ilin iyununda İsrail və İran arasında baş verən 12 günlük müharibə zamanı ABŞ-ın zərbələrinə məruz qalıb və obyektlərə ciddi ziyan dəyib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi