Çərşənbə , Oktyabr 14 2026
azfa

Ermənistan İranın Hava Hücumundan Müdafiə sistemlərindən istifadə edir

GADTB: Ermənistan Müdafiə Nazirliyi ordunun İran və Hindistandan alınan hava hücumundan müdafiə sistemləri ilə keçirdiyi təlimlərin görüntülərini yayıb.

Təlimlər zamanı İranın qısa mənzilli “Əqrəb” (“Majid”) hava hücumundan müdafiə sistemi və Hindistanın orta mənzilli “Akash” sistemi nümayiş etdirilib.

Görüntülərin yayılması Ermənistanın İranla hərbi əməkdaşlığı genişləndirdiyi bir vaxtda baş verib.

Bu əməkdaşlıq Ermənistanın təhlükəsizlik siyasətindəki ziddiyyətləri üzə çıxarır. Bir tərəfdən Qərblə hərbi və siyasi əlaqələrini genişləndirən İrəvan, digər tərəfdən ABŞ və Qərbin ciddi təzyiq altında saxladığı İranla müdafiə sahəsində əməkdaşlığını dərinləşdirir. İran istehsalı HHM sistemlərinin Ermənistan ərazisində nümayiş etdirilməsi isə bu münasibətlərin artıq siyasi bəyanatlardan kənara çıxaraq hərbi-texniki müstəviyə keçdiyini göstərir.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …