Bazar ertəsi , Oktyabr 12 2026
azfa

Tom Barrak İsrailin Türkiyə ilə sərhəddə Suriya bazasında hücumundan danışıb

GADTB: İsrail Türkiyə ilə müharibəyə çox yaxınlaşdı, amma bunu Tramp daxil olmaqla heç kim görmədi. Bunu ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak deyib.

O bildirib ki, bölgədəki ən böyük risk İsrailin niyyətləri deyil, Türkiyənin İsrailin qəfil hərəkətlərinə necə reaksiya verəcəyidir.

İsrailin bombaladığı “Əbu əl-Duhur” aviabazasının Türkiyə sərhədlərinə yaxın olduğunu xatırladan səfir qeyd edib ki, Ankara onsuz da təmkin nümayiş etdirirdi:

“Lakin hərbçilərin yaxınlaşan təyyarələri görüb onların məqsəd və niyyətlərini bilmədikdə təmkin çətinləşir. Bununla Türkiyə təyyarələrini havaya qaldırmalı olacaqlarını deyir. Regional müharibələr, heç kim planlaşdırmasa belə, belə başlaya bilər”.

Səfirin sözlərinə görə, İsrail Türkiyənin hərbi aktivlərini sözügedən aviabazaya köçürə biləcəyi barədə kəşfiyyat məlumatı alıb:

“Vaşinqton bunu yoxlayıb və bunun belə olmadığını təsdiqləyib. Buna baxmayaraq, İsrail nə Vaşinqtona, nə də Türkiyəyə xəbər vermədən hərbi bazaya zərbə endirib. Məhz bu məqamda məsələ İsrail-Suriya hücumundan çıxıb və daha təhlükəli bir vəziyyət almağa başlayıb”. Qeyd edək ki, bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələri Suriyanın İdlib əyalətinin şərq hissəsindəki “Əbu-əl-Duhur” hərbi aviabazasının uçuş-enmə zolağına 8 zərbə endirib.

Həmçinin yoxlayın

Təbriz şəhərinin meri: Tehrandan vəsait gətirmək əvəzinə, Təbrizdən 4 trilyon tümən aparmaq istəyirlər!

GADTB: Təbriz şəhərinin meri Yaqub Huşyar İran İslam Respublikasının bəzi parlament üzvlərini və rəsmilərini sərt …

Skott Bessent: İran İslam Respublikası dağılmaq üzrədir, tezliklə təslim olmaq üçün yalvaracaqlar; Berlin divarı da bir gündə uçdu

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent oktyabrın 11-də, bazar günü “Fox News” telekanalına müsahibəsində İran …