Şənbə , Avqust 29 2026
azfa

Urmiya gölündə köçəri quşların heyrətamiz görüntüləri yayılıb

GADTB: Güney Azərbaycanın Urmiya gölünün adalarında həyat canlanıb. Köçəri və yerli quşlar gölün üzərindən uçaraq bataqlıqların kənarlarına qonur və bu unikal ekosistemin həyat dövrünün bir hissəsini təşkil edir.

Urmiya gölü bölgənin ən mühüm hiperduzlu ekosistemlərindən biri olmaqla yanaşı, beynəlxalq əhəmiyyətli bataqlıq ərazisi hesab olunur. Suyun yüksək duzluluğu burada məhdud sayda orqanizmin yaşamasına imkan versə də, həmin orqanizmlər bir çox quş növü üçün mühüm qida mənbəyidir.

Bu canlılar arasında artemiya, yəni Urmiya gölünün duzlu karidesi xüsusi əhəmiyyət daşıyır. Artemiyanın populyasiyası və vəziyyəti göldəki duzluluq səviyyəsi və su ehtiyatı ilə birbaşa əlaqəlidir.

Qeyd edək ki, müharibədən öncə molla rejimi gölə axan çayların qarşısını tam bağlamaqla gölü qurutmuşdu. Lakin müharibədən sonrakı dəyişiklik gölü müəyyən dərəcədə bərpa etdi.

Həmçinin yoxlayın

ABŞ İraq Kürdüstanındakı peşmərgələrə hərbi yardımı dayandırmaq niyyətindədir

GADTB: BBC-nin yayımladığı hesabata görə, Donald Tramp administrasiyası İraq Kürdüstanı bölgəsindəki peşmərgə qüvvələrinə göstərilən ABŞ …

Əhəd Əlivənd 13 gündür qeyri-müəyyən vəziyyətdə Mərağa həbsxanasının karantin bölməsində saxlanılır

GADTB: Məlikkəndi sakini, Traxtur komandasının azarkeşi və sosial şəbəkə fəalı Əhəd Əlivənd həbsindən 13 gün …