Şənbə , Avqust 29 2026
azfa

ABŞ İraq Kürdüstanındakı peşmərgələrə hərbi yardımı dayandırmaq niyyətindədir

GADTB: BBC-nin yayımladığı hesabata görə, Donald Tramp administrasiyası İraq Kürdüstanı bölgəsindəki peşmərgə qüvvələrinə göstərilən ABŞ təhlükəsizlik yardımını uzatmamaq niyyətindədir.

ABŞ Müdafiə Nazirliyinin rəsmiləri İraq və Kürdüstan bölgəsinin rəhbərləri ilə son danışıqlar zamanı bildiriblər ki, Vaşinqton hazırda Kürdüstan bölgəsinin hökuməti ilə mövcud təhlükəsizlik anlaşmasını uzatmağı planlaşdırmır. Sözügedən anlaşmanın sentyabrın 30-da müddəti başa çatır.

ABŞ 2016-cı ildən İŞİD-lə mübarizədə ölkənin əsas tərəfdaşlarından biri olan peşmərgə qüvvələrinə hərbi dəstək verir. Bu yardım 2026-cı maliyyə ilində silah təminatı, hərbi təlim və peşmərgə qüvvələrinin maaşlarının ödənilməsi üçün təxminən 61 milyon dollar təşkil edib.

ABŞ Müdafiə Nazirliyi 2027-ci maliyyə ili üçün hazırladığı büdcə təklifində də bu yardımların tamamilə ləğv edilməsini istəyib. Nazirlik bununla bağlı İŞİD-in məğlub edilməsindən sonra bu proqram üçün ayrılan vəsaitin digər sahələrə yönəldilə biləcəyini əsaslandırıb.

Kürd rəsmilər xəbərdarlıq ediblər ki, ABŞ-ın dəstəyinin azaldılması təhlükəsizlik boşluğunun yaranmasına və İranın bölgədə təsirinin artmasına səbəb ola bilər.

Bu proses ABŞ-ın İraqdakı hərbi mövcudluğunu başa çatdırmaq planları ilə eyni vaxtda baş verir. ABŞ-ın İraqda qalan yeganə hərbi bazası hesab olunan Ərbil hərbi bazasının koalisiya qüvvələrinin gələn ay çıxarılmasından sonra bağlanması planlaşdırılır.

Bununla belə, ABŞ Müdafiə Nazirliyinin mövqeyindən xəbərdar olan bir mənbə BBC-yə bildirib ki, ABŞ-ın Kürdüstan bölgəsi ilə gələcək təhlükəsizlik əməkdaşlığının taleyi barədə yekun qərar hələ qəbul edilməyib.

Vaşinqton hərbi qüvvələrin çıxarılmasından sonra İraq və Kürdüstan bölgəsinə təhlükəsizlik sahəsində göstərilən dəstəyin bir hissəsinin saxlanılması üçün müxtəlif variantları nəzərdən keçirir.

Həmçinin yoxlayın

Urmiya gölündə köçəri quşların heyrətamiz görüntüləri yayılıb

GADTB: Güney Azərbaycanın Urmiya gölünün adalarında həyat canlanıb. Köçəri və yerli quşlar gölün üzərindən uçaraq …

Əhəd Əlivənd 13 gündür qeyri-müəyyən vəziyyətdə Mərağa həbsxanasının karantin bölməsində saxlanılır

GADTB: Məlikkəndi sakini, Traxtur komandasının azarkeşi və sosial şəbəkə fəalı Əhəd Əlivənd həbsindən 13 gün …